mavi ekran

TV (television) голубой экран
matışkə
mavi rəng
OBASTAN VİKİ
Ekran kvotası
Ekran kvotası — hökumət tərəfindən daxili mədəniyyət sənayesinin qoruması məqsədi ilə, nümayişçilərə (məsələn, kinoteatrlara və televiziya kanallarına) daxili mədəni malların nümayişlərinin minimumu təyin etməsi. Braziliyada ekran kvotaları 1930-cu illərdən başlayaraq tədbiq olunmağa başadı. O zaman qaydaya görə, xarici filmlərinin seanslarından öncə yerli filmlər nümayiş olunmalı idi. 1950-ci illərdə isə Braziliya kinoteatrları il ərzində ən azı 42 gün yerli filmləri göstərməli idilər. 1971-ci ildə bu rəqəm 42-dən 84-də qalxıb, çünki Braziliyada illik şəkildə istehsal olunan filmlərinin sayı artırdı. Eyni zamanda, çox sayda kinoteatrlar hətta köhnə sistemin çərçivəsində gəlirlərini itirdiklərindən xəbər verirdi. Nəticədə, bir sıra kinoteatr şəbəkəsi birgə film istehsalı şirkətini açıblar. Müstəqil rejissorlarlar birləşərək, onlar bazara çox sayda erotik komediya buraxırdılar. 1966-ci ildə Cənubi Koreyanın Film qanunun ikici dəyişikliyi çərçivəsində ölkədə ilk dəfə ekran kvotanı tətbiq edilib. O zaman Koreya filmlərin nümayişi üçün hər il 90 gün ayırılıb.
Ekran Şrifti
Ekran şrifti (screen font,экранный шрифт)-xüsusi olaraq kompüterin ekranında əks olunmaq üçün hazırlanmış şrift ölçüsü (keql). Macintosh kompüterlərində ekran şriftləri rastrlıdır (PIXEL-BY-PIXEL DESIGNS), onlar həm ekranda əks olunmaq, həm də printerdə çap olunmaq üçün istifadə olunur. Çox zaman ekran şriftinin PostScript-uyumlu printerdə çap olunmaq üçün uyğun PostScript şrifti olur. Şriftlər müxtəlif meyarlara görə təsnif edilir. Əvvəla, bu, qrafik əsasdır. Şrift simvolları Klassik/Standart, Dar, Geniş, Əlavə Geniş və Əlavə Dar ola bilər. Doldurma ştrixlərinin xarakteri həm də şriftin vizuallaşdırılmasını dəyişir. Adi, konturlu, rəngli, eversion, lyuklu ola bilər. Serif. Xarakterik xüsusiyyətlər seriflər və simvolun yuxarı hissəsində kəsikli çıxıntıdır.
Plazma ekran
Plazma ekran bir göstərmə paneli növüdür. 30 düyüm (76 sm) və daha yuxarı ölçüdəki ekranlar üçün məsləhət görülür. Ümumi strukturlarını içlərində sıxışdırılmış ionlu qaz olan elektrik yüklü görünüş hüceyrələri meydana gətirir. Plazma ekranlar görünüşü birbaşa ekran hüceyrələrindən yayırlar. Bu xüsusiyyət sayəsində ekran üzərinə enən görünüş kadrı üzərində detal itkisi və ya kəskinlik meydana gəlmir. Görünüş parçacıqları eyni anda birbaşa yayımlandığı üçün xüsusilə hərəkətli görünüşlərdə gözlə görünən bir axıcılıq meydana gəlir. Bununla birlikdə ekranın izlənmə bucağı 175 dərəcəyə qədər yüksəldiyi kimi rəngdə və kontrastda itkilər meydana gəlmir. Plazma ekranlar LED ekranlara görə daha çox enerji xərcləyərkən, LED ekranlarla eyni nisbətdə güc sərf edir. Plazmalarda bir piksel işıqlanması üçün tək bir plazma hüceyrəsinin işıqlanmasına ehtiyac duyulur. Qara görünüş o hüceyrənin sönməsi ilə təmin edildiyi üçün qara rənglər gerçəyə çox yaxın görünür.
Sensor ekran
Sensor ekran — toxunmaya reaksiya verən ekrandan təşkil olunmuş, informasiyanın giriş təchizatı. Sensor ekran proqramlaşdırılma mərhələləri üzrə tədqiqatlar çərçivəsində ABŞ-də ixtira edilib. 1972-ci ildə istehsal edilmiş PLATO IV kompüter sistemi İK-şüa torundan və 16x16 ölçülərində blokdan ibarət sensor ekrana malik idi. Hətta ekranın bu qədər kiçik və aşağı dəqiqliyinə baxmayaraq tələb olunan yerə toxunduqda əməliyyat icra olunurdu. 1971-ci ildə ilk dəfə Samuyel Herst tərəfindən qrafik planşet, dördməftilli rezistiv prinsipi üzrə (US patent 3662105) eloqraf hazırlanmışdır. Sensor ekranların müxtəlif fiziki prinsiplərdə işləyən növləri var. Rezistiv sensor ekran şüşə paneldən və elastik plastik membrandan ibarətdir. Panelə və membrana rezistiv örtüyü çəkilmişdir. Şüşə və membran arasındakı sahə mikroizolyasiya edilmişdir. Ekrana toxunduqda, panel və membran qapanır və analoq-rəqəmsal çevirici müqavimət dəyişikliyini və toxunmanın (X və Y) koordinatlarını qeydə alır.
Ekran görüntüsü
Skrinşot (ing. screenshot) ya da ekran görüntüsü – ayrıca anda kompüterin ekranında olan görüntünü, yaxud onun bir hissəsini köçürməklə (kopyalmaqla) yaradılan şəkil. Adətən, bu rəqəmli görüntü istifadəçinin komandası əsasında əməliyyat sistemi, yaxud başqa proqram vasitəsilə alınır. Ekran görüntüsü nadir hallarda foto-/videokamera kimi xarici qurğunun köməyilə, yaxud kompüterdən monitora gedən siqnalı "yaxalamaq" yoluyla əldə edilir. Microsoft Windows əməliyyat sistemində ekran görüntüsü almağın ən sadə üsulu klaviaturada PrtScr klavişindən (bütün ekran üçün), yaxud Alt + PrtScr (aktiv pəncərə üçün) klavişlər kombinasiyasından istifadə etməkdir. Bu zaman görüntü əməliyyat sisteminin mübadilə buferinə köçürülür və sonradan istənilən qrafik redaktora qoyula, zərurət olarsa, redaktə oluna bilər. Bundan başqa, əksər hallarda görüntü mətn redaktorunda (məsələn, Microsoft Word və ya OpenOffice.org Writer) sənədə qoyula bilər. Ekran görüntüsü almaq üçün Vista versiyasından başlayaraq Windows əməliyyat sistemində xüsusi proqram – Snipping Tool proqramı nəzərdə tutulub. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ekran vaxtı
Ekran vaxtı — smartfon, kompüter, televiziya və ya videooyun konsolu kimi ekranı olan cihazdlaran istifadəyə sərf olunan vaxt. Konsepsiya rəqəmsal mediadan istifadə və əqli sağlamlıqla bağlı əlaqəli anlayışlarla birlikdə əhəmiyyətli araşdırma altındadır. Ekran vaxtı uşağın inkişafındakı zehni və fiziki zərərlə əlaqələndirilir. Ekran vaxtının sağlamlığa müsbət və ya mənfi təsirləri məruz qalma səviyyələrindən və məzmunundan təsirlənir. Ekran vaxtının zərərli təsirinin qarşısını almaq üçün bəzi hökumətlər onun istifadəsi ilə bağlı qaydalar tətbiq etmişlər. İlk elektron ekran 1897-ci ildə icad edilmiş və 1922-ci ildə kommersiyalaşdırılan elektron-şüa borusu (CRT) olmuşdur. Elektron-şüa boruları 2000-ci illərin əvvəllərində maye kristal monitorların (LCD) yüksəlişinə qədər ekranlar üçün ən populyar seçim idi. Ekranlar indi əyləncə, reklam və informasiya texnologiyalarının vacib hissəsidir. 2007-ci ildə populyarlaşdıqdan sonra smartfonlar gündəlik həyatda geniş yayılmışdır. 2023-cü ildə ABŞ-dən olan yetkin şəxslərin 85%-i smartfon sahibi olduğunu bildirmişdir.
Mavi
Mavi – rənglərdən biri. Soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağlı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, braziliyalılar üçün hüzn, hindlilər üçün həqiqət rəngidir. Mavi sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.
SVGA ekran kartı
Mavi (Miyanə)
Mavi (fars. ماوي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 91 nəfər yaşayır (32 ailə).
Mavi (dəqiqləşdirmə)
Mavi — rəng. Mavi (mahnı) — Mavi (Əsədabad) — Mavi (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Mavi (mahnı)
Mavi (Əsədabad)
Mavi (fars. ماوی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 186 nəfər yaşayır (56 ailə).
Mavi Balina
Mavi Diviziya
Mavi diviziya (isp. Divisíon Azul, alm. Blaue Division) və ya Vermaxtın 250-ci İspan könüllüləri diviziyası (alm. 250. Einheit spanischer Freiwilliger) – İkinci dünya müharibəsi illərində alman ordusunun tərkibində SSRİ-yə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edən ispan könüllülərindən ibarət hərbi birləşmə. "Mavi diviziya" Falanqanın üzvlərindən, İspaniyada 1936-1939-cu illər vətəndaş müharibəsinin veteranlarından və ispan ordusunun əsgərlərindən təşkil olunmuşdu. Fransisko Franko İspaniyanı İkinci dünya müharibəsindən kənarda saxlamaqla özünün hələ yeni olan hakimiyyətini möhkəmləndirmək və ölkəsinin təhlükəsizliyini təmin etməyi düşünsə də, vətəndaş müharibəsi dövründə Hitlerin göndərdiyi "Kondor Legionu"nun ona göstərdiyi yardımın əvəzini çıxmaq məcburiyyətində qaldı. Bu səbəbdən o, yalnız Sovet İttifaqına qarşı aparılan əməliyyatlarda iştirak etmək şərtilə, ispan könüllülərinin Vermaxtın tərkibində döyüşmələrinə razı oldu. 24 iyun 1941-ci ildə Hitler ispan könüllülərinin göndərilməsi təklifini dəstəklədi və həmin il iyulun 13-də cəmi 18 104 nəfərdən (2 612 zabit və 15 492 əsgər) ibarət ispan könüllü diviziyası Almaniyanın Qrafenvör şəhərinə yollandı. Burada, 5 həftəlik hərbi hazırlıqdan sonra, 250-ci Piyada diviziyası adı altında alman ordusunun tərkibinə qatıldı.
Mavi Feniks
Mavi Feniks — Tailand Hərbi Hava Qüvvələrinə məxsus ilk aerobatika komandasıdır. Uçuşlar üçün 5 ədəd Pilatus PC-9 təyyarəsi istifadə olunur. Komanda 2012-ci ildə Tailan Hərbi Hava Qüvvələrinin yaradılmasının 100 illiyi şərəfinə qurulmuşdur və Tailand Hərbi Hava Qüvvələri Aviasiya-Təlim Məktəbinin nəzdindədir.
Mavi Fuqatelər
Mavi Fuqatelər (ing. Blue Fugates) və ya Kentukkidəki mavi adamlar (ing. Blue People of Kentucky) — 200 ildən çox müddət ərzində ABŞ-nin Kentukki ştatında yaşamış fransız əsilli Martin Fuqatenin nəslindən olan genetik problemə görə dünyaya gəlmiş mavi dərili insanlar. Martin Fuqate 1820-ci ildə Kentukki ştatının qərbində yerləşən sakit bir qəsəbə olan Trablısım Krikdə məskunlaşıb. Ailə qurduğu Elizabet Smit adlı qadından 7 uşağı dünyaya gəlib. Amma Martin Fuqatenin heç kimdə olmayan genetik problemi var idi ki, bu səbəbdən də uşaqlarından dördü mavi dərili doğulmuşdu. Elə həmin vaxtdan da 200 il mövcud olan mavidərililər nəslinin təməli qoyulmuşdur. Yaşadıqları qəsəbədə insanlar tərəfindən qəribə qarşılanan bu ailə, ancaq qohum evliliyi qurmağa məcbur qalıb. Fuqate ailəsinin və qohumlarının dəri rəngindən başqa heç bir genetik sağlamlıq problemi olmayıb. Hətta, bir çoxu 90 yaşında belə sağlam və gümrah idi.
Mavi Lotus
Mavi Lotus - Belçikalı Erjenin komiksi Tintinin macəralarının 15-ci hissəsidir.
Mavi Mələklər
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Mavi Nil
Mavi Nil və ya Bəhr əl-Əzraq (ərəb. البحر الازرق‎ və ya النيل الأزرق), Efiopiyada Abbay (amh. ጥቁር አባይ) — Efiopiya və Sudanda çay, Nil çayının sağ qolu. Uzunluğu 1,783 kilometrdir. 2011-ci ildə ümumi quraşdırılmış gücü 6450 MVt olan 16 radial-oxlu su elektrik aqreqatından Afrikanın ən böyük su elektrik stansiyasını özündə birləşdirən Hidase SES-in tikintisinə başlanılmışdır. Нил, река в Африке // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Абай // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Mavi Qığılcım
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
Mavi akvilegiya
Mavi akvilegiya (lat. Aquilegia coerulea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.
Mavi ağəsmə
Mavi ağəsmə (lat. Clematis glauca) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Mavi bayraq
"Mavi bayraq" (ing. Blue Flag beach) — ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən Avropa Birliyi "Çimərlik suyu direktivi"nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən verilən nümunəvi xidmət göstəricisi. "Mavi bayraq" kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir. İlk olaraq 11 Avropa Birliyi ölkəsində, daha sonra isə 22 digər ölkədə müvəffəqiyyətlə tətbiq olunub. 2001-ci ildən isə Avropa xaricindəki ölkələrin tələbləri ilə bağlı olaraq kampaniyanın əhatəsi genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı adlandırılıb. Bayraqla təltif edilmə üçün çimərliklər müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən qiymətləndirilir. "Mavi bayraq" çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu, çimərliyin yüksək imic qazanmasına xidmət edir. Ancaq proses bununla da yekunlaşmır. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar təkrarlanır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, bayraq geri alınır və ondan istifadəyə qadağa qoyulur.
Mavi beret
Mavi Beret — müxtəlif dövlətlərdə qoşun növlərinin taxdığı baş geyimidir. Bu qoşunlar sülhü bərpa etmək üçün mövcuddur. Bir sıra dövlətlərin göy beretliləri : Azərbaycan Ordusu - I Qarabağ Müharibəsi zamanı Xüsusi Kəşfiyyat qrupu bu baş geyimindən istifadə edirdilər. Hal-hazırda isə bu baş geyimindən Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi istifadə edir. Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi xüsusi təlim keçmiş peşəkar elit dəstələrdir. ABŞ Ordusu - Birləşmiş Ştatlar Hava Təhlükəsizlik Qüvvələri. Belarus Ordusu - Mobil Qüvvələr. BMT - Birləşmiş Millətlər Təşkilatının Sülhü qoruyan qoşunu. Türkiyə Ordusu - Jandarma (Türkiyə) qrumunun Dağ komando birlikləri.Dağ və Komando birlikləri ilə yanaşı Paraşütçü Komando birlikləri,Quru Qüvvələri Komandirliyi tabeçiliyində təşkilatlandırılmış birliklərdir. Jandarma Komando birliklərindən fərqli olaraq; sahələrinə görə paraşüt, alpinistlik, yaxın döyüş təhsili almış xüsusi piyada əsgərləridir.
Mavi evkalipt